AZE | RUS | ENG |

Nigeriyadan yığmamıza 11 cavabsız qol

Nigeriyadan yığmamıza 11 cavabsız qol
Komandamızın qrupda qalacağı dəqiqləşdi


Sentyabrın 25-də keçirilən 4 oyunla 17 yaşadək qızlar arasında dünya çempionatında II tura start verilib. Qarşılaşmalardan ikisi A, ikisi B qrupunda keçirilib.
Yığmamızın yer aldığı A qrupunda ilk matç Kanada və Kolumbiya arasında olub. İlk turda millimizi 4:0 hesabı ilə məğlub edən cənubi amerikalılar bu dəfə xalsız qalıblar – 0:1. 4 xalla liderliyə yüksələn kanadalılar isə bir neçə saatlıq zirvədə qalıb. Millimizlə görüşdə qol şousu göstərən Nigeriya millisi top fərqinə görə 1-ci yerə yüksəlib. Afrikalılar Lənkəranda 11:0 hesabı ilə qalib gəlməklə zirvəyə yiyələnib.
Bu qarşılaşmada 2 rekord qeydə alınıb. Nigeriya yığmasının üzvü Çinvendu İhezuo dünya çempionatları tarixində ilk penta-trikin müəllifi olub. Nigeriya yığması isə dünya çempionatları tarixində ən böyük hesablı qələbəni qazanıb. Onlar 3 gün əvvəl Qambiyaya 11 cavabsız qol vuran KXDR millisinin rekordunu təkrarlayıb.
Digər qrupda isə favoritlərdən sayılan KXDR və Fransa hərəyə 1 qol vurub qalibi müəyyənləşdirə bilməyiblər. ABŞ millisi isə ilk turda koreyalılardan 11 cavabsız qol buraxan Qambiyanı darmadağın edib.
Qeyd edək ki, baş tutan oyunlardan sonra Azərbaycan və Qambiya yığmalarının qrupda qalacağı dəqiqləşib.

17 yaşadək qızlar arasında dünya çempionatı
Qrup mərhələsi
II tur

A qrupu

Kolumbiya – Kanada - 0:1
QOL: Klark, 51
AZƏRBAYCAN – NİGERİYA - 0:11
QOLLAR: İhezuo, 5, 32, 37, 56, 71, Ayinde, 8, 24, Biahvo, 20, 74, Yakubu, 22, Bokiri, 68
Baş hakim: Alondra Arellano (Meksika)
Lənkəran. Şəhər stadionu

Azərbaycan: 1. Aytac Şərifova, 2. Jalə Məhsimova, 6. Maya Danqadze, 7. Əminə Heydərova (k), 8. Aliyə Vəliyeva, 9. Sevinc Qurbanova, 10. Nigar Cəlilli, 11. Şəfəq Nəsirova, 14. Süheyla İltar, 18. Leyla Solmaz, 19. Sabrina Ronaggi

Nigeriya: 1. Gift Endi, 4. Oluçi Ofoeqbu, 5. Uqoçi Emenayo, 9. Aminat Yakubu, 10. Tessi Biahvo, 13. Mabel Effiom, 14. Halimatu Ayinde, 15. Viktoriya Aydelomon (k), 16. Jiroro İdike, 18. Ebeer Okoye, 19. Çinvendu İhezuo

B qrupu

Fransa – KXDR - 1:1
QOLLAR: Diani, 60 - Ri Un Sim, 59
ABŞ – Qambiya - 6:0
QOL: Qrin, 25-p., 61, 71, Munerlin, 46, Stenton, 83, Peyn, 86

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202