Nigar Camalın yeni klipi təqdim olundu

Nigar Camalın yeni klipi təqdim olundu

Mədəniyyət
09 Oktyabr 2012, 16:50 1467
Öz qalibiyyəti ilə Bakıda “Billur Zal”ın inşa olunmasına səbəb olan “Eurovision–2011” mahnı müsabiqəsinin birincilərindən olan Nigar Camal dünən növbəti klipini təqdim edib. “Azadinform” xəbər verir ki, Nigar çoxdandır çəkilişləri aparılan “Can`t let you go” adlı klipini nəhayət ki bitirib. Klip yol təhlükəsizliyi problemlərinə həsr olunub. BMT-nin “Yol təhlükəsizliyinin on illiyi” proqramının xoşməramlı səfiri olan Nigar Camal klipini Sankt-Peterburqda təqdim edib. Konqresə qatılan müğənni yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.