• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

Nigar Abdullayeva səhnəyə qayıdır

14.04.14 11:45 8629
Nigar Abdullayeva səhnəyə qayıdır
Bir neçə müddətdir yaradıcılığına fasilə verən gənc müğənni Nigar Abdullayeva sənətini davam etdirmək qərarına gəlib. Susqunluğunu yeni mahnısına çəkdirdiyi kliplə bitirən müğənni qayıdışında iddialı olduğunu bildirib. Nigarın yeni mahnısı sözləri və musiqisi Arif Səlimə məxsus "Gözlər" (http://www.youtube.com/watch?v=NYYOo3WbsXA) adlanır. Lirik janrda olan mahnıya rejissor Rəhman Əliyev klip çəkib. Klipin operatoru Deleedir. Müğənninin klipi yaxın günlərdə TV kanallarında yayımlanacaq. Mahnıda bekvokalları müğənni Nurlan Təhməzli ifa edib. Mahnının aranjimanı Elvin Musayevə aiddir. Yaradıcılığına fasilə verdiyi müddətdə Nigar səsini təkmilləşdirmək üçün xalq artisti Samir Cəfərovdan vokal dərsləri alıb. Yeni mahnısının seçimində də məhz S. Cəfərovun rolu olub. Nigar yeni səhnəyə qayıdış mahnısının dinləyicilər tərəfindən seviləcəyinə əmin olduğunu bildirir.
Xəyalə RƏİS
banner

Oxşar Xəbərlər