• çərşənbə axşamı, 16 aprel, 12:08
  • Baku Bakı 19°C

“Nifrət Nitqinə Yox”

15.04.14 19:19 1499
“Nifrət Nitqinə Yox”
Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri Avropa Şurasıdır. Bu gün Avropa Şurası ilə əməkdaşlığın əsas istiqamətlərindən biri, Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi “Nifrət Nitqinə Yox” (“No Hate Speech Movement”) hərəkatının reallaşdırılmasında iştirakdır.
2013-cü ilin aprel ayından etibarən ARGTMŞ kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi olaraq çıxış edir. Bundan irəli gələrək, Bakı və Qəbələ şəhərlərində ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov və Avropa Şurası rəsmilərinin iştirakı ilə “Nifrət Nitqinə Yox” Hərəkatının Yekun Beynəlxalq Forumunun keçirilməsinə dair hazırlıq görüşü təşkil olunub. ARGTMŞ-in ictimaiyyətlə əlaqələr üzrə katibliyinin işçisi Lalə Bağırovanın “Kaspi”yə bildirdiyinə görə, hazırlıq görüşü çərçivəsində Forumun proqramı, formatı, texniki detalları müəyyən olunub, Qəbələ şəhərində mövcud infrastruktur ilə tanışlıq həyata keçirilib. Görüş zamanı müəyyən olunub ki, 1-5 Oktyabr 2014-cü il tarixlərində Qəbələdə keçiriləcək “Nifrət Nitqinə Yox” Hərəkatının Yekun Beynəlxalq Forumunda, Avropa Şurasının bütün ölkələrindən 250 qonaq iştirak edəcəkdir.
Xatırladaq ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərarverici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunub.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər