• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Niderlandlı nazir: “Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır”

06.11.14 16:30 1514
Niderlandlı nazir: “Azərbaycanın iqtisadi inkişafı göz qabağındadır”
“Nazirliklərimiz arasında əməkdaşlığın təməli 2010-cu ildə Kür çayında baş verən daşqınlardan sonra qoyulub. Konkret olaraq su ehtiyatlarının idarə olunması sahəsindəki fəaliyyətimiz öz nəticələrini verməkdədir. Bu, bizim əməkdaşlığımızın uğurla davam etməsinə səbəb olur".
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Niderland Krallığının Azərbaycanda səfərdə olan infrastruktur və ətraf mühit naziri, xanım Melani Şults van Haegen-Maas Geesteranus Qəbələdə deyib.
O, əməkdaşlığın uğurla davam etməsinə görə şad olduğunu bildirib: “Azərbaycan çox gözəl diyardır. Mənim 2 il öncə Azərbaycana səfər edərkən və indiki gəlişim zamanı təəssüratlarım çox zəngin və heyrətamizdir. Həqiqətən də ölkənizdə iqtisadi inkişaf göz qabağındadır. İqtisadi inkişaf isə həm geniş imkanlar yaradır, həm də bəzi problemlərin həllini tələb edir. Azərbaycanda olduğu kimi, Niderlandda da su ehtiyatlarının düzgün idarə olunması, xüsusilə içməli su mənbələrinin təmin olunması, kənd təsərrüfatının su ilə təminatı vacib məsələdir. Əhalinin su ehtiyaclarının ödənilməsi və bu sahədəki bəzi problemlərin müəyyən edilərək həll olunması baxımından birgə iş birliyimiz mühüm əhəmiyyətə malikdir”.
Nazir Niderland Krallığından olan bir çox şirkətlərin artıq 4 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini bildirib: “Bu şirkətlər dəniz limanı, eləcə də çay məcralarının, su hövzələrinin dibinin dərinləşdirilməsi və Bakı buxtasının təmizlənməsi ilə bağlı fəaliyyət göstərirlər. Onlar həm şirkətlərdir, həm də elmi-tədqiqat mərkəzləridir. Mən nazirliklər arasında birgə fəaliyyətimizin daha da genişlənəcəyinə ümid edirəm”.
banner

Oxşar Xəbərlər