AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxlayıb

Niderland polisi illik dövriyyəsi 70 milyard dollara çatan narkobaronu saxlayıb

Təfsilat
24 Yanvar 2021, 19:30 149

Niderland polisi "Sxipxol” aeroportunda dünyada narkotik biznesi ilə bağlı ən çox axtarışda olan şəxslərdən biri sayılan Se Çjileni saxlayıb.
APA-nın xəbərinə görə, bu barədə bu gün "NL Times” portalı məlumat yayıb.
Kanadaya getmək niyyətində olan Çin əsilli Kanada vətəndaşı Se Çjile Avstraliya polisinin sorğusu əsasında saxlanılıb. İnterpol 2019-cu ildən 57 yaşlı narkobaronı axtarışa verib. Niderland polisi hazırda Se Çjilenin ekstradisiyası üçün Avstraliya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.
Yerli KİV-lərin məlumatına görə, Se Çjile il ərzində dövriyyəsi 70 milyard dollara çatan narkotik qruplaşmaya rəhbərlik edir. Se Çjile əvvəllər Torontoda, son illər isə Makao, Honkonq və Tayvanda yaşayıb.