• cümə axşamı, 25 aprel, 21:04
  • Baku Bakı 21°C

“NİDA”çı üzvü olduğu təşkilatdan və AXCP-dən imtina etdi

23.06.14 17:43 1115
“NİDA”çı üzvü olduğu təşkilatdan və AXCP-dən imtina etdi
“NİDA” Vətəndaş Hərəkatının üzvü Elsevər Mürsəliyev müraciət yayıb.
Penitensiar Xidmətdən APA-ya verilən məlumata görə, müraciət Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev tərəfindən cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə KİV-ə, “Azadlıq” qəzetinin baş redaktoruna, AXCP sədri Əli Kərimliyə, “NİDA” Vətəndaş Hərəkatına və Mətbuat Şurasına ünvanlanıb
Müraciətdə qeyd olunub ki, E. Mürsəliyev “NİDA” Vətəndaş Hərəkatından və AXCP üzvlüyündən imtina etməyimi bəyan edib, “Azadlıq “ qəzetində “vicdan məhbusları” adlandırılan siyahıdan şəklinin çıxarılmasını tələb edib: “Gənc olduğum üçün cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm. Bu mənim şəxsi düşüncəmdən irəli gələn bir müraciətdir”.
banner

Oxşar Xəbərlər