• cümə axşamı, 25 aprel, 16:03
  • Baku Bakı 23°C

Neymarın şəkilləri, sualtı qayıq və kokain

15.07.18 11:30 979
Neymarın şəkilləri, sualtı qayıq və kokain
Qvatemala sahilləri yaxınlığında küllü miqdarda kokain müsadirə edilib.
Kaspi.az xəbər verir ki, Qvatemala hərbçiləri sualtı qayığı saxlayıblar. Yoxlama nəticəsində məlum olub ki, qayıqda 823 kq kokain var.
43 paketə yerləşdirilmiş kokain qutularının üzərində Braziliya yığmasının üzvü Neymarın şəkli olub. Polis qayığın heyətində yer almış 3 nəfəri - Kolumbiya vətəndaşlarını həbs edib.
Neymar DÇ-2018-də keçirdiyi 5 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib. Braziliya yığması mübarizəni 1/4 finalda dayandırıb.
banner

Oxşar Xəbərlər