• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Neymarın göz yaşları - Video

11.07.14 08:38 1301
Neymarın göz yaşları - Video
Futbol “Barselona” və Braziliya yığmasının hücumçusu Neymar Kolumbiya-Braziliya matçında Xuan Sunyiqayla onurğa zədəsi aldığı toqquşmasını şərh edərkən ağlayıb.
ANS PRESS-in məlumatına görə, düzəlməsi üçün ay yarım vaxt lazım olduğunu bildirən Neymar “Bəxtim gətirdi. Sunyiqa 2 santimetr aşağı dəysəydi, həyatımın qalan hissəsini əlil arabasında keçirərdim” deyə hadisəyə şərh verdi.
Hər bir halda Sunyiqanı da bağışladığını bildirən oyunçu “O mənə zəng elədi və üzr istədi, mən ona qəzəbli deyiləm” dedi.
Qeyd edək ki, hazırda oyunçunun müalicəsi uğurlu davam edir.
banner

Oxşar Xəbərlər