Neymara “aramızda satqına yer yoxdur” mesajı
"Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçəcəyi demək olar ki,
dəqiqləşib.
Kaspi.az xəbər verir ki, artıq Neymarın gedişi ilə "Barselona”
azarkeşləri də barışıblar. Onlar braziliyalı futbolçuya etirazlarını da
çatdırıblar.
Dünənə qədər "Barsa” azarkeşlərinin kumiri olan Neymar bu dəfə satqın
adlandırılıb. "Nou Kamp” stadionunun yaxınlığında Neymarın şəklini yerləşdirən
azarkeşlər "aramızda satqına yer yoxdur” yazıblar.
PSJ Neymara görə 222 milyon avro ödəyəcək. Onun illik məvacibi isə 30
milyon avro olacaq.