• cümə, 29 Mart, 14:37
  • Baku Bakı 14°C

Neymar vidalaşdı - Ürəyim dedi ki...

04.08.17 12:10 1444
Neymar vidalaşdı - Ürəyim dedi ki...
PSJ-yə keçidi dəqiqləşən Neymar "Barselona”lılarla vidalaşıb.
Kaspi.az xəbər verir ki, Neymar video-müraciət yayıb. O, müraciətində PSJ-yə keçidinin səbəbləri barədə danışıb:
"21 yaşında Kataloniyaya gəldim. Tam ambisiyalı. İndiyə qədər də klubdakı ilk günümü xatırlayıram. Paltardəyişmə otağını kumirlərim – Messi, Valdes, Xavi, İnyesta, Puyol, Pike, Busketslə bölüşürdüm. Xoşbəxtəm ki, dünyanın ən yaxşı futbolçuları ilə birgə oynamaq şansı əldə etdim.
Əminəm, nə qədər ki, sağam, belələri ilə rastlaşmayacağam. Messi həm meydanda, həm də ondan kənarda dostum oldu. Mənim üçün onunla birgə oynamaq şərəf idi.
Kataloniya mənim vətənimdi. Barselonanı sevirəm. Ancaq idmançıya yeni çağırışlar lazımdı. Ona görə də həyatımda ikinci dəfə atamın məsləhətinin əksinə addım atdım.
Ata, mən sənin fikrinə hörmət edirəm, ancaq bu, mənim qərarımdı. Xahiş edirəm, həmişə olduğu kimi, məni yenə də dəstəklə.
Barselona və Kataloniya daim qəlbimdə qalacaq. PSJ-nin təklifini qəbul etdim ki, komandaya titullar qazanmaqda kömək edim. Ürəyim dedi ki, getmək vaxtıdır. PSJ yaxın illərdə mənim evim olacaq”.
banner

Oxşar Xəbərlər