• cümə, 19 Aprel, 10:57
  • Baku Bakı 13°C

Neymar söz-söhbəti təkzib etmədi

21.01.19 15:45 692
Neymar söz-söhbəti təkzib etmədi
PSJ-nin futbolçu Neymarın "Real”a keçəcəyi ilə bağlı söz-söhbət yenidən gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, Neymar məsələ ilə bağlı açıqlama verib. Onun açıqlaması söz-söhbəti səngitməyəcək. Çünki Neymar "Real” keçəcəyi ilə bağlı xəbəri təkzib etməyib:
"Mənim "Real”a keçəcəyimlə bağlı yayılan söz-söhbət? Mənim ətrafımda həmişə söz-söhbət olub. Futbolla peşəkar səviyyədə məşğul olmağa başladığım andan belə söz-söhbətlər heç vaxt səngiməyib.
Baxmayaraq ki, ortada konkret faktlar olmayıb. Sizi əmin edirəm, karyeramla bağlı hər hansı bir yenilik olacaqsa, hər şeyi sizə danışacağam”.
banner

Oxşar Xəbərlər