• cümə axşamı, 25 aprel, 02:57
  • Baku Bakı 19°C

Neymar Ronaldonun cəzalandırılmasını istəyir

27.01.15 09:22 1194
Neymar Ronaldonun cəzalandırılmasını istəyir
"Barselona"nın hücumçusu Neymar "Real"ın futbolçusu Kriştiano Ronaldonun "Kordoba"ya qarşı matçda rəqib oyunçusunu vurduğu epizoda münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı oyunçunun etdiyi hərəkət səbəbindən cəzalandırılmasının vacibliyini deyib:
"Ronalda cəzalandırılmalıdır. Əgər futbolçuya qarşı kobud oyun olubsa, lazımi cəza da verilməlidir".
Neymar bəzən futbolçuların matç zamanı rəqib oyunçular tərəfindən təxribata məruz qaldığını da qeyd edib:
"Zinəddin Zidan və mənim də üzləşdiyim bu cür təxribatlar olub. Ancaq bütün bunlara baxmayaraq, futbolçu hər zaman soyuqqanlı olmalıdır".
Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun neçə oyunluq cəza alacağı maraqla gözlənilir.
banner

Oxşar Xəbərlər