Neymar məhkəməyə verildi, 6 ilə qədər həbs oluna bilər
PSJ-nin
futbolçusu Neymarı məhkəmə çəkişməsi gözləyir.
Kaspi.az xəbər
verir ki, Neymarın "Santos”dan "Barselona”ya keçidi zamanı yol verilən qanun
pozuntuları uzun müddətdir ki, gündəmdən düşmür. Bu işə məhkəmədə bir neçə dəfə
baxılıb.
Məlumata görə, məhkəmə
məsələ ilə bağlı yeni araşdırmaya başlayıb. Neymar hələ 2018-ci ilin əvvəlində
bununla bağlı məhkəmədə ifadə verib. Futbolçu dələduzluqda ittiham olunub.
Onun, "Santos”dan "Barselona”ya keçərkən, sənədləşmə işlərində fırıldağa əl
atdığı iddia olunur.
Bu dəfə Neymarın
işinə cinayət işləri üzrə palatada üç hakimin iştirakı ilə baxılacaq.
Futbolçunun günahı sübuta yetirilərsə, onu 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
Məsələ ilə bağlı
məhkəməyə şikayət ərizəsini DIS investisiya fondu təqdim edib. Bu fond Neymarın
transfer hüquqlarının bir hissəsinə sahib olub. Fond əməkdaşları iddia edirlər
ki, Neymar "Barselona”ya daha yüksək məbləğ transfer edilsə də, sənədlərdə
aşağı məbləğ göstərilib. Buna görə də, fondun Neymarın transferindən gələn gəliri
az olub.