Neymar gəlmədi, atası deyir ki...

Neymar gəlmədi, atası deyir ki...

İdman
09 İyul 2019, 11:07 266
PSJ-nin futbolçusu Neymar yeni mövsümün hazırlıqları üçün klubun düşərgəsinə gəlməyib.
 
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb. Rəsmi  məlumatda bildirilir ki, Neymar təyin olunan vaxtda düşərgəyə gəlməyib və klub rəsmilərini də məlumatlandırmayıb. Məlumatda bildirilir ki, Neymar buna görə cəzalandırılacaq. 
 
 
Futbolçunun atası isə klub rəsmiləri ilə razı deyil. O, mətbuata verdiyi açıqlamada bildirib ki, Neymar  "Instituto Neymar Jr” fondunun xeyriyyə tədbirində iştirak edəcəyi üçün Parisə gəlməyib. Ata Neymar vurğulayıb ki, bu tədbirin vaxtı bir il əvvəl planlaşdırılıb və PSJ rəsmilərinin də məlumatı olub: 
 
"Biz tədbiri təxirə sala bilmərik. Neymar klubun düşərgəsində iyulun 15-də olacaq”.