• cümə, 29 Mart, 20:01
  • Baku Bakı 14°C

Neymar gəlmədi, atası deyir ki...

09.07.19 11:07 784
Neymar gəlmədi, atası deyir ki...
PSJ-nin futbolçusu Neymar yeni mövsümün hazırlıqları üçün klubun düşərgəsinə gəlməyib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı klub saytı yayıb. Rəsmi məlumatda bildirilir ki, Neymar təyin olunan vaxtda düşərgəyə gəlməyib və klub rəsmilərini də məlumatlandırmayıb. Məlumatda bildirilir ki, Neymar buna görə cəzalandırılacaq.
Futbolçunun atası isə klub rəsmiləri ilə razı deyil. O, mətbuata verdiyi açıqlamada bildirib ki, Neymar "Instituto Neymar Jr” fondunun xeyriyyə tədbirində iştirak edəcəyi üçün Parisə gəlməyib. Ata Neymar vurğulayıb ki, bu tədbirin vaxtı bir il əvvəl planlaşdırılıb və PSJ rəsmilərinin də məlumatı olub:
"Biz tədbiri təxirə sala bilmərik. Neymar klubun düşərgəsində iyulun 15-də olacaq”.
banner

Oxşar Xəbərlər