• çərşənbə, 24 Aprel, 03:46
  • Baku Bakı 14°C

Neymar Barselonaya gəldi, poker oynamağa

05.09.18 11:20 585
Neymar Barselonaya gəldi, poker oynamağa
PSJ-nin futbolçusu Neymar ötən həftə Barselonaya gedib.
Kaspi.az xəbər verir ki, Neymar sabiq klubunun bazasına da baş çəkib. O, bazada keçmiş komanda yoldaşları ilə görüşüb.
Braziliyalı futbolçu daha sonra "PokerStars European Poker Tour Barcelona” poker turnirinə qatılıb. O, burda müsahibə verib və İngiltərə Premyer Liqası ilə bağlı proqnozunu bildirib:
"Hesab edirəm ki, Premyer Liqada "Mançester Siti” çempion olacaq. "Mançester Yunayted” 2-ci yeri tutacaq. Sonrakı yerlərdə isə "Çelsi” və "Tottenhem” qərarlaşacaq”.
Neymarın "Liverpul”u top-4-dən kənarda saxlaması onunla yanaşı dayanan Jerar Pikeni təəccübləndirib. Ancaq Neymar fikrini dəyişməyib.
banner

Oxşar Xəbərlər