Nəticəsini də qucağına aldı
Məşhur italyan mütəxəssis Covanni Trapattoni babalar babası olub.
Kaspi.az xəbər verir ki, 80 yaşlı mütəxəssisin nəticəsi doğulub. Onun
nəvəsi Rikkardonun oğlu dünyaya gəlib. Körpəyə David adı verilib.
Nəticəsinə qucağına alaraq şəkil çəkdirən Trapattoni sosial şəbəkədə
belə yazıb:
"Bu gün möhtəşəm gündür. Mən ulu baba oldum. Xoş gəldin, David”.