• cümə, 26 Aprel, 06:34
  • Baku Bakı 12°C

Netenyahu Putinlə görüşdə İsrailin Suriyaya dair istəklərini açıqlayacaq

08.07.18 14:30 373
Netenyahu Putinlə görüşdə İsrailin Suriyaya dair istəklərini açıqlayacaq
İsrail baş naziri Binyamin Netenyahu iyulun 11-də Moskvaya səfəri zamanı Rusiya prezidentiVladimir Putinə İsrailin İran qüvvələrininSuriyada möhkəmlənməsinə səbrlə yanaşmayacağını bildirəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, B. Netenyahunun bu mövqeyini əks etdirən məlumatı fikrini bu gün İsrailNazirlər Kabinetinin dəftərxanası yayıb.
B. Netenyahu İsrailNazirlər Kabinetinin həftəlik iclasında deyib ki, gələn həftə V. Putinlə görüşmək üçün Moskvaya səfər edəcək: "Mən bu görüşdə İsrailin iki əsas prinsipini açıqlayacam. Birinci, biz İran və onun əlaltılarınınSuriyanın istənilən rayonunda hərbi baxımdan möhkəmlənməsinə dözməyəcəyik. İkincisi, bizSuriyadan vəSuriyaordusundan tələb edirik ki, 1974-cü ildə iki ölkənin silahlı qüvvələrini ayıran xətlə bağlı razılaşmaya əməl etsin".
banner

Oxşar Xəbərlər