• şənbə, 27 Aprel, 03:26
  • Baku Bakı 14°C

Netanyahu Fransa səfərini yarımçıq saxladı

12.11.18 10:37 864
Netanyahu Fransa səfərini yarımçıq saxladı
İsrailin Baş naziri Benyamin Netanyahu Fransaya səfərini yekunlaşdırmağa və geri qayıtmağa məcbur olub. Trend-in məlumatına görə, o, Qəzza sektorunda vəziyyətin gərginləşməsi ilə əlaqədar səfərini yarımçıq saxlamaq qərarına gəlib.
Qeyd edək ki, israilli nazir Parisdə Birinci Dünya müharibəsinin yekunlaşmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransaya səfər etmişdi.
Xatırladaq ki, Qəzzada İsrail hərbçiləri ilə fələstinli hərbçilər arasında silahlı toqquşma və raket hücumları olub.
banner

Oxşar Xəbərlər