AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neslihanın ailəsini qadınlar dağıdıb

Neslihanın ailəsini qadınlar dağıdıb

İdman
28 Mart 2013, 11:08 1330
Türkiyənin qadınlardan ibarət voleybol yığması və "Eczacıbaşı" klubunun ulduzu Neslihan Darnelin ailəsinin dağılmasının səbəbi bəlli olub.

Milli.Az AHT-yə istinadən bildirir ki, Neslihan Darnelin 7 ildən bəri nikahda olduğu əri, "Qalatasaray" klubunun voleybol bölməsinin direktoru Orkun Darneldən boşanması xəyanətlə bağlı olub.
4,5 yaşlı Zeynebin böyüdüyü ailə "Türkiyənin örnək idman ailəsi" sayılırdı.

Bəlli olub ki, "Qalatasaray" klubunun xarici komandalardan voleybolçu xanımların transfer əməliyyatlarına rəhbərlik edən Orkun Darnelin La Bianko və Simona Cioli adlı italyan voleybolçu qadınlarla çox "səmimi" münasibətləri olub. Xüsusilə də Cioli ilə əlaqələr Neslihan Darneli şübhələndirib. Bir qədər sonra isə o, ərinin Simona Cioli ilə sürəkli görüşdüyünü öyrənib və boşanmağa qərar verib.