• cümə, 29 Mart, 01:18
  • Baku Bakı 7°C

Nəsimi rayonundakı ağır qətlin təfərrüatları açıqlandı

16.05.13 17:24 1329
Nəsimi rayonundakı ağır qətlin təfərrüatları açıqlandı
2013-cü il mayın 15-də saat 12:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Ağdam" kafesində orada xadimə işləyən Könül Məmmədovanın qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsindən Trend-ə daxil olan birgə məlumatda deyilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və məhkəmə-tibb ekspertlərin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, digər təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, cinayəti Bərdə rayon sakini Adil Cəmilov törədib. O, oğlu Əlinin özündən yaşca böyük olan Könül Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamasından narazı olub. Sonuncuya oğlu ilə münasibətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qadının bu münasibəti davam etdirməsi, eyni zamanda, mobil telefonuna nalayiq sözlərdən ibarət mesajlar göndərməsi onu bu cinayəti törətməyə vadar edib. Mərhumun işlədiyi kafeyə gələn A.Cəmilov özü ilə gətirdiyi balta ilə ağır xəsarətlər yetirərək qəsdən onu öldürüb.
A.Cəmilov tutularaq istintaqa cəlb olunub və ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.
banner

Oxşar Xəbərlər