• cümə, 19 Aprel, 12:13
  • Baku Bakı 25°C

“Nəsimi ili”nə həsr olunmuş növbəti tədbir keçirilib

15.11.19 17:31 1670
“Nəsimi ili”nə həsr olunmuş növbəti tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə elan edilmiş "Nəsimi ili” çərçivəsində ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu istiqamətdə növbəti tədbir noyabrın 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Nəsimin irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva Azərbaycan ədəbiyyat və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıb. Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ötən əsrin 70-ci illərində Ulu Öndərin səyi nəticəsində Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd olundu və beləliklə Nəsimi irsinin hərtərəfli və sistemli şəkildə araşdırılması sürətləndi. Nəsimi yaradıcılığının Şərqin bir çox xalqlarının ədəbiyyatına, ictimai-siyasi və fəlsəfi fikrinə böyük təsir etdiyini bildirib.
S.Şıxıyeva Prezident İlham Əliyevin sərəncamları ilə görkəmli şairlərin, yazıçıların yubileylərinin müntəzəm keçirilməsinin, onların xatirə abidələrinin yaradılmasının ədəbiyyatımıza göstərilən qayğının nümunəsi olduğunu ifadə edib.
"Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin, həmçinin UNESCO və digər beynəlxalq təşkilatlarla müvafiq sahədə əməkdaşlığın zəngin mədəniyyətimizin dünyada daha çox təbliğ olunmasına müsbət təsir etdiyi qeyd olunub.


banner

Oxşar Xəbərlər