• cümə, 26 Aprel, 09:14
  • Baku Bakı 12°C

Nəsillərə örnək şərəfli ömür yolu

07.05.15 15:28 1341
Nəsillərə örnək şərəfli ömür yolu
Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə Naxçivan Dövlət Universitetinin pedaqoji təcrübədə olan tələbələrinin təşkilatçılığı ilə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin anadan olmasinin 92-ci ildönümünə həsr olunmuş “Nəsillərə örnək şərəfli ömür yolu” adli tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid dahi rəhbərin şərəfli ömür yolundan, Heydər Əliyevin dövlətçilik ənənələri və müasir dövrdə aparılan siyasi kursdan, eyni zamanda Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq tədbirlərindən bəhs edərək keçirilən tədbirlərin şagirdlərdə dövlətçilik, vətənə məəhəbbət, Azərbaycançılıq və ümumilikdə Heydər Əliyevçilik ideyalarının təbliği və inkişafına xidmət etdiyini vurğulayıb. Natiq qeyd edib ki, muxtar respublikada yerləşən tam orta məktəblərdə pedaqoji təcrübədə olan tələbələr təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etməklə bərabər eyni zamanda keçirdikləri tədbirlərlə şagirdlərin mənəvi-tərbiyəvi hazırlığına təsir edirlər. Bu baxımdan Heydər Əliyev ongünlüyü çərçivəsində dahi öndərin 92-ci ildönümünə həsr olunmuş 28 tədbir mühüm əhəmiyyət daşıyır.
Daha sonra tələbələrin hazırladığları bədii hissə nümayiş olunub. Universitetin Tarix-filologiya fakültəsi tələbələrinin hazırladıqları bir-birindən rəngarəng kompozisiyalar, bədii qiraət, müsiqi nömrələri özündə dahi liderə, vətənə, torpağa, Naxçıvana məhəbbəti, bağlılığı, yurd sevgisini özündə əks etdirib. Universitetin Koreyalı tələbələrinin şagirdlərlə birgə hazırladıqları “Azərbaycan” kompozisiyası isə tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Məlahət Rüstəmova Naxçıvan Dövlət Universitetinin təcrübəçi tələbələrindən razılğı ifadə edərək, təcrübə müddətində fərqlənən tələbələr - Qurbanova Rəna, Məsimli Saleh və Li Çin Jonqqili məktəbin fəxri fərmanları ilə mükafatlandırıb.
Kaspi.az
banner

Oxşar Xəbərlər