• çərşənbə axşamı, 23 aprel, 23:52
  • Baku Bakı 20°C

Nəsib Quliyev: "Xəstələrin xaricə göndərilməsi üçün heç bir obyektiv tibbi göstəriş yoxdur"

29.11.16 16:13 1419
Nəsib Quliyev: "Xəstələrin xaricə göndərilməsi üçün heç bir obyektiv tibbi göstəriş yoxdur"
"Əvvəlki illərdə olduğu kimi, bu il də soyuq havaların başlaması nəticəsində uşaqlar arasında soyuqdəymə xəstəlikləri çoxalmağa doğru gedir. Bunun da günahkarı valideyn və tibb işçiləridir”.
APA-nın xəbərinə görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, uşaqların geyiminə, sağlamlıqlarına nə qədər çox nəzarət edilsə, mövsümi xəstəliklərin sayının azalmasına nail olmaq olar: "Qışın hazırlığını yazda və yayda görmək lazımdır. İsti havalarda uşaqları dənizə aparmaq lazımdır. Günəş vannası, qum vannası qəbul edilməlidir. Uşaqların xəstələnməməsi üçün qidalanma da vacib faktorlardan biridir. Uşaqlar keyfiyyətli qidalandırılmadıqda, çoxsaylı problemlər ortaya çıxır”.
Baş pediatr qeyd edib ki, ümumilikdə bu il mövsümi xəstəliklərlə bağlı ciddi bir təhlükə yoxdur. Onun sözlərinə görə, Azərbaycanda uşaqlar arasında konkret virus xəstəliklərinin, bakterial xəstəliklərin epidemiyası mövcud deyil.
N. Quliyev Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə komissiyanın sədri kimi bu sahə ilə bağlı bəzi narazılıqlara da aydınlıq gətirib. O hesab edir ki, Azərbaycanda xəstələrin ölkədən kənara göndərilməsinə heç bir obyektiv tibbi göstəriş yoxdur: "Ürək köçürülməsi əməliyyatından başqa, bütün müayinə və müalicələr Azərbaycanda aparılır.Son iki ildə xaricə göndərilən xəstələr qrup şəkildə kurs müalicəsi almaq üçün olan xəstələrdir. Uşaqlar arasında mərkəzi sinir sisteminin zədələnmələri, xüsusilə uşaq serebral iflici olanlardır.Bunlar 3-4 qrup şəklində Türkiyədə uşaq reabilitasiya mərkəzinə göndərilir.Eyni zamanda, böyüklər arasında spinal, yəni onurğa beyni zədələnmiş xəstələr Ukraynanın Krım Muxtar Respublikasına yola salınırdı. Lakin bu torpaqlar Rusiyanın tabeçiliyinə keçdiyindən və onlarla hələ müqavilə olmadığından, böyüklər də Türkiyəyə göndərilir”.
banner

Oxşar Xəbərlər