• şənbə, 20 Aprel, 06:36
  • Baku Bakı 14°C

Nəsib Quliyev: “Azərbaycanda körpə ölümü 3 dəfə azalıb”

29.11.16 13:45 929
Nəsib Quliyev: “Azərbaycanda körpə ölümü 3 dəfə azalıb”
"Azərbaycanda son 20 ildə körpə ölümü göstəricisinin 3 dəfəyədək azalmasına nail olunub”.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib ki, ölkədə uşaq ölümü göstəricisi 1992-1993-cü ildən azalmağa başlayıb: "Həmin illərdə hər 1000 nəfər diri doğulan uşağın 29,5 nəfəri 1 yaşına çatanadək ölürdü. Zaman keçdikcə bu azalma davam edib və hazırda 3 dəfəyədək azalıb".
N. Quliyev vurğulayıb ki, 2015-ci ilin yanvarın 1-dən ölkədə diridoğulmanın yeni meyarlarının tətbiqinə keçirilib. Bu meyarlar qüvvəyə minədək diridoğulma hamiləliyin 28-ci həftəsindən doğulanlara, bədən kütləsi 1 kq -dan çox olanlara aid edilirdi: "28-ci həftədən əvvəl doğulanları gecikmiş düşük hesab olunurdu və uşaq kimi qeydiyyata alınmırdı. 2015-ci il yanvarın 1-dən diridoğulmanın yeni meyarlarının tətbiqi ilə əlaqədar hamiləliyin 22-28 həftəsində baş verən ölüm hadisələrini də uşaq ölümlərinə əlavə edirik. Buna görə də uşaq ölümü göstəricisi 2 promillidən 12 promilliyə qədər artıb".
banner

Oxşar Xəbərlər