• şənbə, 20 Aprel, 10:13
  • Baku Bakı 14°C

Nərimanov rayonunda tikinti materialları bazarında yanğın baş verməyib

08.07.18 19:20 548
Nərimanov rayonunda tikinti materialları bazarında yanğın baş verməyib
FHN KİV-ləri dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırıb.
Bu gün bəzi kütləvi informasiya vasitələrində (KİV) Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
APA-nınFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.
FHN KİV-ləri bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır.
banner

Oxşar Xəbərlər