• cümə, 19 Aprel, 12:39
  • Baku Bakı 25°C

Nərgiz Paşayeva: "Dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olur”

28.04.17 12:40 963
Nərgiz Paşayeva: "Dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olur”
"Nizami Gəncəvi adına Qızıl medal başqa bir alimə də nəsib ola bilərdi. Amma bu mükafata məni layiq gördülər. Mən də müəllimlərimdən öyrənmişəm, onlara minnətdaram".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva deyib. Mükafat üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirən N. Paşayeva qeyd edib ki, Nizami Gəncəvi adına Qızıl medalın dəyər və məsuliyyətini anlayır: "Dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olur. İstərdim ki, kiçik bir əməyim elmimizi daha qüvvətli, daha möhtəşəm etsin. Azərbaycan elmi fikri, Azərbaycan düşüncəsi, Azərbaycan özünüdərki böyük, beynəlxalq müstəvidə, Oksford kimi universitetdə öz təzahürünü və layiqli yerini tapsın. Nizami Gəncəvinin adı Oksford Universitetində daimi qalsın. "Tanrı məni işıqlandırdı" - Oksford Universitetinin devizidir. Nizami Gəncəvi isə yazıb: "Mənim misralarımdan işıq saçır, gözlərə işıq gəlir". Bu nailiyyəti tək özümə şamil etmirəm".
Qeyd edək ki, mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunacaq.
Xatırladaq ki, N. Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən beynəlxalq layihə - Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.
banner

Oxşar Xəbərlər