• cümə, 29 Mart, 06:19
  • Baku Bakı 5°C

Nəqliyyatda vahid kart sisteminə keçid vaxtı açıqlandı

12.05.15 09:03 1190
Nəqliyyatda vahid kart sisteminə keçid vaxtı açıqlandı
“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanılacaq”.
“APA-Economics”in xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Nazir müavini vurğulayıb ki, Bakı metrosunda artıq vahid kart sisteminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.
“Bu sahədə müvafiq işlər görülüb. Proqram təminatı, prosesinq mərkəzinin yaradılması, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb. I Avropa Oyunlarından sonra vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq”, - deyə M. Pənahov qeyd edib.
Nazir müavini deyib ki, köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər.
banner

Oxşar Xəbərlər