• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

Nəqliyyat vasitələrinin idarə edilməsində yeni qaydalar qəbul olunub

30.09.16 17:13 981
Nəqliyyat vasitələrinin idarə edilməsində yeni qaydalar qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, "BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, "B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə götürüləcək.

"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, "C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir. Bundan başqa "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan hesablanmaq şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti əsas götürüləcək.

Digər əlavəyə görə isə "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanmaq şərt ilə paralel olaraq, 65 yaşadək və "D”kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.

Layihə səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər