• cümə axşamı, 28 mart, 21:42
  • Baku Bakı 13°C

“Nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir“

21.10.14 13:12 1287
“Nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir“
Azərbaycanda yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 61-ci iclasının iştirakçılarına müracətində deyib.
Müraciəti Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov oxuyub.
Dövlət başçısı bildirib: "Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır və hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.
Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmiryolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yerləşməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur".
İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir: "Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir. Yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir. Yeni Bakı Beynəlxalq Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmiryolları infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.
Ümidvaram ki, iclas zamanı dəmiryol nəqliyyatının aktual məsələləri ilə bağlı apardığınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir".
banner

Oxşar Xəbərlər