• cümə, 26 Aprel, 13:01
  • Baku Bakı 23°C

Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində 21 nəfər ölüb

13.07.19 16:00 12605
Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində 21 nəfər ölüb
Nepalın şərqi və mərkəzi rayonlarında üç gün davam edən leysandan sonra daşqın və torpaq sürüşmələri nəticəsində 21 nəfər ölüb, 10 adam xəsarət alıb. Daha 10 sakinin isə itkin düşdüyü bildirilir.
AZƏRTACBBC telekanalının saytına istinadla xəbər verir ki, Nepal polisinin məlumatında itkin düşmüş insanların tapılması üçün axtarış-xilasetmə əməliyyatının keçirildiyi, 50 nəfərin isə suyun altında qalmış evlərdən çıxarıldığı qeyd olunur. Paytaxt Katmanduda xilasedicilər çayın daşması nəticəsində köməksiz vəziyyətdə qalmış onlarla insanı xilas edərək qayıqlarda təhlükəsiz yerlərə çatdırıblar. Şiddətli sel zamanı uçan divarın altında qalan üç nəfər miqrant da həyatını itirib.
Ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi bildirib ki, fəlakət zonasında insanların xilas edilməsi üçün helikopterlərdən də istifadə olunur. Məlumatda diqqətə çatdırılır ki, Nepalda hər il daşqınlar və torpaq sürüşmələri nəticəsində yüzlərlə insan həyatını itirir.
banner

Oxşar Xəbərlər