• şənbə, 20 Aprel, 08:32
  • Baku Bakı 14°C

Nemətin qayınatası dünyasını dəyişdi

26.09.13 09:17 1227
Nemətin qayınatası dünyasını dəyişdi
Nemət Pənahlının qayınatası Hüseyn Orucov sentyabrın 25-i axşam saatlarında vəfat edib. Məlumatı “Media forum” saytına mərhumun qızı, Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.
Milli azadlıq hərəkatının tanınan simalarından biri olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib. Nemət Pənahlıya valideynlərinin yas mərasimlərində iştirak edə bilməyib.
Allah rəhmət eləsin!
banner

Oxşar Xəbərlər