• şənbə, 20 Aprel, 05:22
  • Baku Bakı 15°C

Nelson Mandelanın xatirəsi Bakıda yad edilib

13.12.13 13:42 1314
Nelson Mandelanın xatirəsi Bakıda yad edilib
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən Trend-ə verilən məlumata görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi Cənubi Afrika Respublikasının lideri N.Mandelanın vəfatını anmaq üçün BMT bayrağını endirib.
Qeyd edək ki, CAR-ın sabiq prezidenti və Nobel sülh mükafatı laureatı, 95 yaşlı N.Mandela uzun sürən xəstəlikdən sonra dekabrın 5-də Yohannesburqdakı evində vəfat edib.
Xatırladaq ki, N.Mandela 1918-ci ildə CAR-da dünyaya gəlib. Mandela Afrika Milli Konqresinin (AMK) Gənclər Liqasının üzvü olub və irqi ayrı-seçkiliklə mübarizə aparıb. 1966-cı ildə həbs olunub və ömürlük məhkum edilib. 1993-cü ildə Nobel sülh mükafatına layiq görülüb. 1994-cü ildə CAR-ın ilk qaradərili prezidenti seçilib.
banner

Oxşar Xəbərlər