• cümə, 19 Aprel, 18:11
  • Baku Bakı 24°C

Nəhayət, qol vurdu, Zidanı da geridə qoydu

10.09.18 11:20 609
Nəhayət, qol vurdu, Zidanı da geridə qoydu
DÇ-2018-də Fransa yığmasının heyətində qol vura bilməyən Olive Jiru Millətlər Liqasında fərqlənməyi bacarıb.
Kaspi.az xəbər verir ki, Hollandiya ilə oyunda (2:1) Fransanın qələbə qolunu Jiru vurub. O, yığma komandada 32-ci qolunu vurub.
Jiru bu göstərici ilə əfsanəvi Zinəddin Zidanı geridə qoyub. Zidanın hesabında 31 qol var.
Fransa yığmasında Jiru və Zidandan çox qol vuran 3 futbolçu var: David Trezeqe (34), Mişel Platini (41) və Tyerri Anri (51).
banner

Oxşar Xəbərlər