• cümə axşamı, 25 aprel, 19:40
  • Baku Bakı 21°C

Neftin ucuzlaşmasının büdcəmizə böyük təsiri olmayacaq

09.12.14 18:07 1142
Neftin ucuzlaşmasının büdcəmizə böyük təsiri olmayacaq
2014-cü ildə Azərbaycanın dövlət büdcəsi profisitlə icra olunacaq. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov dünən "Caspian European Club"un üzvləri ilə keçirilən biznes forum çərçivəsində jurnalistlərə deyib.
S.Şərifov bildirib: "Biz neftin qiymətinin aşağı düşməsi nəticəsində gəlirlərin xeyli azalmasını gözləmirik. Cari il üçün büdcə profisitlə icra olunacaq. Lakin qısa müddət ərzində neftin qiymətinin 40 faizdən çox kəskin azalması və təklifin tələbi üstələməsi ilə əlaqədar xammal bazarlarında qeyri-müəyyənlik büdcə gəlirlərinə təsir edə bilər. Ölkə hökuməti bu məsələni öyrənəcək və ola bilsin, müəyyən tədbirlər görülsün".
Nazir qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş neftin qiymətinə yenidən baxılması büdcə gəlirləri ilə bağlı yarana biləcək problemlərin həlli üçün yeganə addım deyil: "Hesablamalarımıza əsasən, neftin daha aşağı qiymətlərinin 2015-ci il dövlət büdcəsinə birbaşa təsiri olmayacaq. Dövlət büdcəsinin gəlirləri müəyyən dərəcədə sığortalanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin də daxil olduğu icmal büdcənin gəlirlərinə gəlincə, onlar üzrə xeyli azalma olacaq".
Qeyd edək ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri 21,1 milyard manat səviyyəsində təsdiq edilib. Büdcə proqnozları neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.
banner

Oxşar Xəbərlər