• cümə axşamı, 25 aprel, 21:41
  • Baku Bakı 21°C

Neftin ucuzlaşmasından SOCAR nə qədər itirəcək? - Açıqlama

25.12.14 13:52 1057
Neftin ucuzlaşmasından SOCAR nə qədər itirəcək? - Açıqlama
SOCAR: “Gələn il də neftin qiyməti 60 dollar civarında olarsa, şirkətin 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son zamanlar dünya bazarlarında neftin ucuzlaşmasının şirkətin gəlirlərinə təsir edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
“APA-Economics”in məlumatına görə, şirkətin iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir: “Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkət 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondunun tərəfindən kompensasiya olunacaq”.
O, həmçinin bildirib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə də təsir etməyəcək.
S. Qasımov bildirib ki, bu layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.
banner

Oxşar Xəbərlər