• cümə, 29 Mart, 00:13
  • Baku Bakı 7°C

Neftin ucuzlaşması davam edir

07.01.15 09:15 280
Neftin ucuzlaşması davam edir
Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 47,92 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 50,90 dollara enib.
Beləliklə, “qara qızıl”ın qiyməti artıq üçüncü gündür ki, 2009-cu ilin mayında qeydə alınan tarixi minimumu yeniləməkdədir.
Bundan başqa, Texas neftinin qiyməti sonuncu dəfə 2008-ci ildə müşahidə olunan qlobal maliyyə böhranı zamanı bu səviyyədə olub.
banner

Oxşar Xəbərlər