Neftin qiyməti yenə artır
Dünya birjalarında neft
bahalaşır.
Nyu-Yorkun NYMEX əmtəə
birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin
qiyməti 1 barelə görə 0,38 dollar artaraq 52,71 dollar təşkil edib.ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,38 dollar artaraq 55,85 dollar olub.