• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Neftin qiyməti son üç ayda ilk dəfə 43 dollardan aşağı enib

28.07.16 15:04 1233
Neftin qiyməti son üç ayda ilk dəfə 43 dollardan aşağı enib
Neftin qiyməti apreldən etibarən ilk dəfə 43 dollardan aşağı düşüb
Dünya bazarında neft kəskin ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 41,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar azalaraq 42,96 dollar olub.
Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib.
Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 mln. bareldən 521,1 mln. barelədək artıb.
banner

Oxşar Xəbərlər