• cümə, 19 Aprel, 12:05
  • Baku Bakı 25°C

Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir

25.11.19 13:15 655
Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir
Neftin qiyməti son 2 ayın maksimumuna yüksəlir.
AZƏRTACxəbər verir ki, "qara qızıl”ın qiyməti Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalması, eləcə də ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesin irəliləməsi fonunda son 2 ayın maksimum səviyyəsinə yaxınlaşıb.
Neftin qiyməti oktyabrın əvvəlindən indiyədək təxminən 10 faiz artıb.
Ekspertlərə görə, növbəti həftə keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) yığıncağında OPEC və başda Rusiya olmaqla digər qeyri-OPEC hasilatçı ölkələr neft istehsalının azaldılmasına dair sazişin müddətini 2020-ci ilin iyununa qədər artıra bilərlər. Bu, neftin qiymətinə yuxarı istiqamətli təzyiq göstərir.
Hazırda "Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,66 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,96 dollara satılır.
Qeyd edək ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.
Xatırladaq ki, ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.
banner

Oxşar Xəbərlər