Neftin qiyməti artmaqda davam edir
Dünya
birjalarında neftin qiyməti yenə də bahalaşıb.
Kaspi.az xəbər
verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının
gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,58 dollar və ya 2,46% artaraq
65,88 dollar təşkil edib.
ICE London qitələrarası
birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,54 dollar və ya 2,23%
artaraq 70,45 dollar təşkil edib.