• cümə, 19 Aprel, 13:08
  • Baku Bakı 25°C

Neftin qiyməti 51 dolları ötüb

07.06.16 16:09 1100
Neftin qiyməti 51 dolları ötüb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 50,28 dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,69 dollar artaraq 51,24 dollar olub.

Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabrın 12-dən etibarən ilk dəfə 51 dolları ötüb.

Neftin bahalaşmasına səbəb dolların zəifləməsidir.
banner

Oxşar Xəbərlər