• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

Neftin qiyməti 2015-ci ildən indiyədək ən böyük həftəlik artım tempinə yönəlib

26.04.19 13:15 482
Neftin qiyməti 2015-ci ildən indiyədək ən böyük həftəlik artım tempinə yönəlib
Dünya birjalarında "qara qızıl”ın qiyməti son 4 ilin ən böyük həftəlik artım tempinə yönəlib.
AZƏRTACxəbər verir ki, neftin qiyməti qlobal bazarda tədarük çatışmazlığına dair narahatlıqlar, İranda ixracın geriləməsi, ABŞ-da isə ehtiyatların artması, eləcə də OPEK+ koalisiyasının istehsalı azaltması, Venesuela və Liviyada hasilatdakı axsaqlıqlar fonunda bahalaşır.
Ötən rübdə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə isə bu il "qara qızıl”ın qiyməti təxminən 43 faizdən çox artıb.
Qeyd edək ki, hazırda "Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 74,08 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 64,86 dollara satılır.
banner

Oxşar Xəbərlər