• çərşənbə, 24 Aprel, 20:56
  • Baku Bakı 23°C

Neftin qiyməti 2015-ci il üçün rekord həddə çatdı

06.05.15 05:08 1217
Neftin qiyməti 2015-ci il üçün rekord həddə çatdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 60,88 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar artaraq 67,88 dollar olub.
Bununla da, Brent markalı neftin qiyməti illik maksimumu yeniləyib. Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.
banner

Oxşar Xəbərlər