• cümə, 29 Mart, 13:01
  • Baku Bakı 14°C

"Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"

20.06.20 19:21 699
"Neftə olan tələbat 2021-ci ildən tez bərpa olunmayacaq"
"Böhrandan əvvəl neftə olan tələbat həcmləri 2021-ci ildən tez bərpa olunmayacaq”.
"APA-Economics”in "RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
Onun sözünə görə, bərpa prosesi iki-üç ildə çəkə bilər: "Ümid edirik ki, tələbatın bərpası 2021-ci ildə baş verəcək. Amma bəlkə iki-üç il də çəkə bilər”.
A. Novak qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq insanlar nəqliyyatdan daha az istifadə edəcək, daha az səyahət edəcək: "İqtisadiyyat yenidən inkişaf etsə də, nəqliyyat səbəbindən neftə tələbat daha aşağı səviyyədə qalacaq”.
banner

Oxşar Xəbərlər