• cümə, 29 Mart, 15:06
  • Baku Bakı 14°C

“Neftçi”yə 2000 manatlıq Cərimə

05.11.13 12:15 1565
“Neftçi”yə 2000 manatlıq Cərimə
AFFA-nın İntizam komitəsi “Neftçi”ni cərimələyib. Azerisport.az AFFA-ya istinadən xəbər verir ki, futbol üzrə Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” - “Xəzər Lənkəran” matçında oyunun gedişində stadionun diktoru tərəfindən “Neftçi” klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Neftçi” klubu 2000 manat cərimə olunub.
Bundan başqa AFFA İntizam komitəsinin qərarı ilə “Bakı”, “Simurq”, “İnter”, “Xəzər Lənkəran” hərəyə 1000 manat məbləğində cərimə ödəməlidir.
“İnter”in cərimələnməsinə səbəb oyundan sonra videoyazının AFFA-ya təqdim edilməməsidir.
banner

Oxşar Xəbərlər