• cümə, 19 Aprel, 22:20
  • Baku Bakı 24°C

“Neftçi“nin rəqibini necə tanıyırıq?

25.07.14 12:44 1349
“Neftçi“nin rəqibini necə tanıyırıq?
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Çixura" klubunu yaxından tanıyaq.
Qol.Az-ın məlumatına görə, Saçxere şəhərini təmsil edən komanda 1938-ci ildə yaradılıb.
Adını Saçxere çayından götürən klub ev oyunlarını "Sentral" stadionunda keçirir. Lakin "Çixura" avrokubokuklarda rəqiblərini "Mixail Mesxi" arenasında qəbul edir. 2015-ci ildə UEFA superkubokunun keçiriləcəyi stadion 27.223 min tamaşaçı tutumuna malikdir.
Komanda ev oyunlarında göy-ağ, səfər matçlarında isə qırmızı-ağ rəngli formalardan istifadə edir. "Çixura"nı Samson Pruidze çalışdırır. Klubun prezidenti isə Nuqzar Dekanoidzedir. Bu klub bütün futbolçularının gürcü olması ilə diqqət çəkir.
Tarixi ərzində Gürcüstan çempionu ola bilməyən 76 yaşlı komanda iki dəfə (2013, 2014) ölkə kubokunun gümüş medallarına sahib çıxıb. İlk dəfə 2013-cü ildə kubokun finalına yüksələn "Çixura" həlledici görüşdə "Dinamo" (Tiflis) klubuna 1:3 hesabı ilə uduzub. Lakin komanda həmin il ölkə superkubokunu qazanmağa müvəffəq olub.
Avrokuboklara gəlincə "Çixura"nın beynəlxalq arenada debütü ötən mövsümə təsadüf edir. 2013/2014 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Lixtenşteynin "Vaduz" klubunu iki oyunun nəticəsinə görə üstələyən (0:0, 1:1) Gürcüstan təmsilçisi sonradan "Thun" (İsveçrə) səddini keçə bilməyərək (1:3, 0:2) mübarizəni dayandırıb. Bu mövsüm isə ilkin mərhələdə Makedoniyanın "Turnovo" klubunu hər iki oyunda məğlub edən (3:1, 1:0) "Çixura" daha sonra "Bursaspor" (Türkiyə) səddini də uğurla keçib. Türkiyə klubunu penaltilərlə üstələyən (4:1) komanda III təsnifat mərhələsində "Neftçi"yə rəqib olub.
banner

Oxşar Xəbərlər