• cümə, 29 Mart, 13:12
  • Baku Bakı 14°C

“Neftçi“nin prezidenti: “Tərlan hacıdır, haqsız danışmamalıdır“

08.11.13 16:49 1839
“Neftçi“nin prezidenti: “Tərlan hacıdır, haqsız danışmamalıdır“
Superkubok oyununda “Xəzər Lənkəran”a məğlub olan “Netçi”nin məşqçilər korpusu istefaya göndərildi. Bundan sonra Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev "üçlüy"ü sükutu qoruyurdu.
Ancaq ötən gün “İnterAz” televiziyasının qonağı olan Tərlan Əhmədov “Neftçi” haqda şok sayılacaq açıqlama verib. Əhmədov bildirib ki, komandanın sabiq baş məşqçisi Böyükağa Hacıyev onu komandadan kənarlaşdırmaq fikrində olub. Bundan başqa, vurğulayıb ki, onu “Neftçi”yə klubun prezidenti Sadıq Sadıqov yox, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev gətirib.
Rekord.az xəbər verir ki, Tərlanın açıqlamasına "Neftçi"nin prezidenti Sadıq Sadıqovdan sərt açıqlama gəlib. Klub prezidenti Əhmədovu qeybət etməkdə və haqsız danışmaqda günahlandırıb:
“Tərlan Əhmədovun müsahibəsini gördüm. Çox məyus oldum, çünki buna inanmaq bir qədər çətindir. Özünü haqq və ədalət tərəfdarı kimi göstərən bir hacı qardaşımızın bu dərəcədə böhtan və qeybətinə inanmaq istəmədim. Ancaq görüntülər haqqdır, bu sözləri məhz Tərlan deyib. Tək Allah şahiddir ki, onu “Neftçi”yə kim gətirib. Tərlan hacıdır, haqsız danışmamalıdır. “Neftçi”nin prezidenti Ramin Musayev yox, Sadıq Sadıqovdur. “Neftçi”yə gələn bütün işçiləri özümüz seçirik, heç kimin də fikrinə ehtiyacımız yoxdur. Şükür olsun Allaha ki, ağlımız başımızdadır. İndi baş məşqçimiz olan Nazim Süleymanov da, ondan əvvəlki Böyükağa Hacıyev də, Hacıyevin köməkçisi Tərlan Əhmədov da məhz mənim istəyimlə “Neftçi”yə gəlib. Tərlanı məhz ona görə seçmişdim ki, mömin insan idi, xasiyyəti mənə uyğun gəlirdi. Bu Məhərrəmlik ayında kiminsə haqqını yemək, onun barədə yalan danışmaq böyük günahdır. Qurani Kərimdə də buyurulur ki, qeybət etmək olmaz. Tərlan bir hacı, mömin qardaş kimi haqsız danışmamalıydı”.
banner

Oxşar Xəbərlər