• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

“Neftçi”nin məşqçilər korpusu istefaya göndərildi

23.10.13 15:50 1409
“Neftçi”nin məşqçilər korpusu istefaya göndərildi
“Neftçi” futbol klubunda Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçilər korpusu istefaya göndəriləcək. Bu barədə Lent.az-a eksklüziv açıqlamanı klub prezidenti Sadıq Sadıqov verib. O deyib ki, “Xəzər Lənkəran”na Azərbaycan superkuboku matçında 1-2 hesab; ilə uduzan komandasını tanıya bilməyib. O, “Xəzər Lənkəran”ın “Neftçi” üzərində layiqli qələbə qazandığını bildirib.
Daha sonra klub prezidenti bildirib ki, “Neftçi”də yeni baş məşqçi məsələsinə həftə sonu “Simurq”la Topaz Premyer Liqasının oyunundan sonra aydınlıq gələcək. S. Sadıqov əlavə edib ki, Böyükağa Hacıyevin yenidən “Neftçi”yə baş məşqçi vəzifəsinə qaytarılması mümkünsüzdür.
banner

Oxşar Xəbərlər